2 iyul 2013 16:59
“Platye Neftçidə əvvəlki ilə müqayisədə beş dəfə artıq qazanacaq”
“Neftçi”nin yeni transferi, hollandiyalı hücumçu Melvin Platyenin meneceri Vinni Xaatrext müştərisinin Azərbaycan çempionuna keçidindən danışıb. Azerisport.az xəbər verir ki, o, Hollandiya mətbuatına müsahibəsində bunları söyləyib:
“Mən həmişə çalışdığım oyunçulara demişəm ki, 23 yaşdan sonra klub seçərkən maliyyə baxımından daha əlverişli olan variantı seçə bilərsiz. İndi Melvin də “Nijmegen”dəkindən beş dəfə artıq qazanmaq şansına malikdi. Özü də bonusları nəzərə almadan. Belə təkliflər olanda iki variantın olur: ya imtina edirsən, ya da ətraflı məlumat toplamaq məcburiyyətində qalırsan. Biz də məhz ikinci variantı seçdik”.

Qeyd edək ki, Hollandiya mətbuatı “Neftçi”nin bu transferə görə 200 min avro xərclədiyini iddia edir.