2 iyul 2013 17:45

Junior Nildo: Avroliqanın qrup mərhələsində oynamaq istəyirəm

“Xəzər Lənkəran”ın hücumçusu Junior Nildonun azerisport.az saytına müsahibəsi
 
- “Sliema” ilə oyundan nə gözləyirsiz?
- Mən həyatda çox pozitiv insanam. İnanıram ki, qarşıdakı mövsüm “Xəzər Lənkəran” üçün uğurlu olacaq. Şəxsən mən Avropa Liqasının qrup mərhələsində oynamaq istəyirəm. Amma tək arzulamaqla iş bitmir. Bütün kollektivin buna inanması, bunun üçün çalışması da vacibdi.
 
- Hazırda “Sliema”dan çox ikinci təsnifat mərhələsindəki potensial rəqibiniz – Hayfa “Maccabi”si haqda danışılır...
- Düzünü deyim ki, onlar haqda heç nə bilmirəm. Onların ümumiyyətlə necə oynadığından da xəbərim yoxdu. Amma fikrimcə, rəqibdən qorxmaq lazım deyil. Futbol böyük sürprizlərlə zəngin oyundu. Əgər sən qələbə qazanacağına inansan, hər şey ola bilər. Psixoloji cəhətdən hər şeyə hazır olmalıyıq.
 
- Siz yüz faiz hazırsız?
- Mənəvi hə, fiziki yox. Hazırda heç də bütün futbolçuları zəruri kondisiyaları toplaya bilməyiblər. Bu da indiki gün üçün normaldı. Çünki tam hazır olmaq üçün bizə hələ də vaxt lazımdı. Amma indi də Malta komandasını keçəcək gücdəyik.
 
- Almaniya toplanışını necə qiymətləndirərdiniz?
- Dediyim kimi, bizim tam hazırlaşmağımız üçün kifayət qədər vaxtımız olmadı. Yeni oyunçuların tam uyğunlaşması üçün zamana ehtiyac var. Baş məşqçimiz komandada ailə atmosferi yaradıb. Amma istənilən halda daha çox işləməyimiz lazımdı.
 
- Sizi komandada necə qarşıladılar?
- Məni komandada çox yaxşı qəbul etdilər: administratordan tutmuş prezidentə qədər hər kəs. Hamı mənimlə yaxşı davranır. Belə münasibəti görəndən sonra özümü çox möhtəşəm hiss edirəm.
 
- Amma eyni zamanda sizdən çox şey gözlənilir. Özü də Lənkəran klubunda təzyiq daha böyükdü...
- Bunda problem görmürəm. Mən həmişə təzyiq altında oynamışam. Fikrimcə, bu, futbolçunun xeyrinə olan amildi. Məhz belə olan halda futbolçu öz üzərində daha çox işləmək məcburiyyətində qalır. Səndən gözlənilən göstərməyə çalışırsan. İnanıram ki, mən də özümü göstərməyi bacaracağam.
 
- Ötən mövsüm AZAL-da 21 qol vurdunuz. Yeni klubunuzda qarşınıza hansı hədəfi qoymusuz?
- Mənim öz hədəflərim var. Amma bunu açıqlamaq istəmirəm. Qarşıma qoyduğum hədəfə çatmaq üçün var gücümlə mübarizə aparacağam. Bunu ona görə açıqlamaq istəmirəm ki, ola bilər, nail ola bilməyim. Ona görə də qoy sirr olaraq qalsın.
 
- Nikolas Kanalesin Azərbaycandan getməsi barədə nə deyə bilərsiz?
- Mənim onunla yaxşı münasibətim var idi. O, ən yaxşı hücumçu olmağa layiq idi. Hər bir forvard bombardir olmaq istəyir. Nikolas mənə bir neçə klubdan yaxşı təklif aldığını demişdi. Amma onun “Neftçi”ni tərk etməsinin dəqiq səbəbini bilmirəm. Maliyyə tərəfinə gəlincə, bircə söz deyə bilərəm: hər bir özünə hörmət edən futbolçu qiymətini bilməlidi.
 
- Onun gedişinə sevindiniz? Axı növbəti mövsümdə sizin bombardir olmaq şanslarınız artdı...
- (gülür) Deməzdim. O, Azərbaycanda qalsaydı, daha yaxşı olardı. Bu, təkcə “Neftçi” üçün yox, həm də Azərbaycan çempionatı üçün yaxşı idi ki, rəqabət daha yüksək olardı.
 
- Almaniyanın “İnqolştadt” klubu ilə yoxlama oyunundan (6:1) sonra Con Toşakın verdiyi açıqlamalardan belə başa düşmək olardı ki, o, yeni mövsümdə sizinlə Zohair Benuahi cütlüyünə üstünlük verəcək...
- Zohairlə tandemimiz hələ ötən mövsüm öz bəhrəsini verdi. Ümid edirəm ki, bu mövsüm də bizə bəslənilən ümidləri doğruldacağıq. Toşakın xoş sözlərinə görə də şadam. Mən də öz növbəmdə komandanın liderliyini öz üzərimə götürməyə hazıram.
 
- Toşak AZAL-dakı baş məşqçiniz Vaqif Sadıqovdan fərqlənir?
- (gülür) Müqayisə etməyi qətiyyən xoşlamıram. Mən Vaqif Sadıqova çox minnətdara. Məni Azərbaycan futboluna o bəxş edib. Hər bir mütəxəssisin öz metodu var. Con Toşak tarixdi. Onun karyerasına nəzər salmaq yetərlidi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.