2 iyul 2013 18:06
Simurq braziliyalı futbolçunu sıralarına qaytardı
Ötən mövsüm "Simurq"un heyətində forma geyinmiş Anderson Oliveyra müqaviləsinin müddəti bitdiyinə görə bu komanda ilə yollarını ayırmışdı. Lakin azerisport.az xəbər verir ki, məşqçilər korpusunun qərarı əsasında braziliyalı müdafiəçi yenidən geri çağrılıb.
Artıq Kartepedə təlim-məşq toplanışında olan "sarı-qaralar"ın düşərgəsinə qoşulan Anderson bü gün səhər məşqində də iştirak edib. Yaxın günlərdə təcrübəli futbolçu ilə yeni müqavilə imzalacaq.
Qeyd edək ki, Anderson Oliveyra ötən mövsüm "Simurq"un heyətində 27 oyunda forma geyinmişdi və 1952 dəqiqə meydanda olmuşdu.
