3 iyul 2013 18:19
Azərbaycan çempionunun UEFA Kubokundakı rəqibləri müəyyənləşdi
İsveçrənin Nyon şəhərində futzal üzrə UEFA kubokunun püşkatma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, püşkatma nəticəsində turnirdəki təmsilçimiz “Araz”ın mübarizəyə qoşulacağı əsas seçmə mərhələdəki rəqibləri müəyyənləşib.
"Araz" VI qrupda “Targu Mures” (Rumıniya), “Şatelino” (Belçika) və ilkin seçmə mərhələnin D qrupunun qalibi ilə qarşılaşacaq.
D qrupunda “Asa Ben Gurion” (İsrail), “Tanqo” (Bosniya və Herseqovina) və “Vrekham” (Uels) komandaları mübarizə aparacaq.
“Araz”ın çıxış edəcəyi qrupun oyunları Rumıniyada keçiriləcək.
