3 iyul 2013 20:29

Maksim Medvedev: Qurban Qurbanov bizi oyuna yaxşı kökləməsəydi...

“Qarabağ”ın müdafiəçisi Maksim Medvedevin azerisport.az saytına müsahibəsi
 
- Makedoniya “Metallurg”u ilə oyundan sonra az qala hamınız istidən şikayətləndirdiniz. Necə olur ki, Azərbaycandan olan komanda günəş şüaları altında oynamağa çətinlik çəkir?
- Biz belə iqlim şəraitində birdən-birə düşdük. Biz Türkiyədə hazırlıq keçdiyimiz zaman daha mülayim hava var idi. Skopyeyə isə az qala elə oyun günü gəldik və birdən-birə belə hava şəraiti ilə üzləşdik. Yolçuluq da bizi əldən salmışdı. Amma hamımız bununla barışmışdıq.
 
- Uğursuzluq olsaydı, kifayət qədər bəhanəniz var idi...
- (gülür) Uğursuzluq olsaydı, bunların səbəb göstərilməsinin mənası yox idi. Biz rəqibi çox yaxşı analiz etmişdik. Hələ rəqibi bu qədər incəliklə öyrəndiyimiz oyun xatırlamıram. Düzdü, qələbə qazandıq. Amma heç də bütün bacarığımızı nümayiş etdirə bilmədik.
 
- Bəlkə, siz rəqibin gücünü daha çox şişirtdiyiniz üçün belə oldu?
- Bununla razı deyiləm. Əgər Qurban Qurbanov bizi bu oyuna yaxşı kökləməsəydi, bəlkə uduza da bilərdik. Onun sözləri bizim üçün çox yaxşı motivasiya oldu.

- Nə deyib ki, belə?
- (gülümsəyir) Qoy bu, bizim ailə sirrimiz olaraq qalsın.
 
- Daha çox vətənpərvərliyi qabardırdı?
- Bu barədə də danışmışdı, bizim nəyə qadir olduğumuzu da anlatmışdı. Bundan artığını demək istəmirəm.
 
- Səfərdə qol buraxmadan qalib gəlsəz də, demək olar ki, heç biriniz məsələnin böyük ölçüdə həll olunduğunu demirsiz...
- Mən də onları dəstəkləyirəm. Bu oyun bir daha göstərdi ki, cavab görüşündə də işimiz asan olmayacaq. Yaradılan qol vəziyyətlərinə görə onlar bizdən daha üstün idilər. Həm də biz hələ 90 dəqiqə rəqib üzərində oyunumuzu diqtə edəcək dərəcədə hazır deyilik.
 
- Hesab etmirsiz ki, Reynaldo ilk oyunda ikinci qolu da vursaydı, bu, sizi cavab oyununda arxayınlaşdıra bilərdi?
- İstənilən halda 2:0 hesabıyla qalib gəlmək daha yaxşıdı, nəinki 1:0. Onda daha böyük üstünlük əldə etmiş olardıq. Çünki onda rəqib bütün qüvvəsiylə hücuma atılacaqdı. Biz isə əks-hücumlarda yenə qollar vura bilərdik. İndi isə Bakıda mümkün qədər ağıllı oynamağa çalışmalıyıq.
 
- “Xəzər Lənkəran” “Metallurg”dan da zəif Malta klubu üzərində qələbəni əldən verdi və heç-heçə ilə kifayətləndi. “Qarabağ” bu mövsüm də Azərbaycanın ən uğurlu komandası ola biləcək?
- Digər komandaların nəticələrini şərh etmək istəmirəm. Mən heç Malta klubu barədə məlumatlı da deyiləm ki, bu nəticənin nə dərəcədə pis olması barədə danışam. Bizim öz yolumuz var, onların öz. Bütün klublarımıza uğurlar arzulayıram.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.