4 iyul 2013 00:01
Ruslan Abışovlu Rubindən növbəti qələbə
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışovun çıxış etdiyi Rusiyanın “Rubin” klubu Avstriyadakı növbəti təlim-məşq toplanışı çərçivəsində ilk sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, Kazan təmsilçisi Sloveniyanın “Triglav” klubu ilə üz-üzə gəlib.
Görüş həmyerlimizin komandasının 2:0 hesablı qələbəsiylə başa çatıb. Hesabı 11-ci dəqiqədə Ryazantsev açıb. 42-ci dəqiqədə isə Natxo penaltidən ikinci qolu vurub.
Abışov oyuna ikinci hissədən qoşulub. Millimizin üzvü sonadək meydanda qalıb.
