4 iyul 2013 00:17
Simurq Türkiyədə üç futbolçu sınayır (FOTOREPORTAJ)
Kartepedə təlim-məşq toplanışında olan "Simurq" ötən gün növbəti məşqinə çıxıb. Azerisport.az xəbər verir ki, komanda axşam saatlarında yoldaşlıq görüşü keçirdəcəyindən məşqçilər korpusu yetirmələrini çox yormayıb.
Qısa məsafəli qaçış və isinmə hərəkətlərindən sonra iki qrupa bölünərək "kvadrat" oynayıblar. Daha sonra isə kollektif müdafiə və əks-hücumların təşkili ilə bağlı çalışmalar yerinə yetirilib. Sonda isə qapıya zərbələrlə hazırlıq tamamlanıb.
Bu hazırlığa baxış üçün dəvət olunmuş daha bir futbolçu qoşulub. Hazırda "Simurq"un düşərgəsində üç belə oyunçu var. Onlar haqqında son qərar yaxın günlərdə məşqçilər korpusu tərəfindən veriləcək.
