3 iyul 2013 23:00
Braziliya, Hollandiya, Fransa və Almaniya Bakıdakı DÇ-yə uğursuz başladı (YENİLƏNİB)
Bakıda təşkil olunmuş hərbiçilər arasında dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, 16 komandanın iştirakı ilə keçirilən turnirin ikinci oyun günündə yeddi görüş baş tutub.
Yığmamızın da yer aldığı A qrupunda Kanada İraqla qarşılaşıb. Görüş iraqlıların böyük hesablı qələbəsiylə başa çatıb. Xatırladaq ki, millimiz dünən turnirin açılış matçında Malini darmadağın edib – 4:0.
B qrupunda Keniya Fransaya qalib gəldiyi halda, Əlcəzair Bəhreynlə sülh bağlayıb. C qrupunda Kot`D-İvuar ABŞ-a, Oman Almaniyaya qalib gəlib. D qrupunda isə Brazilya Qətərə, Hollandiya Kameruna uduzub.
Hərbçilər arasında dünya çempionatı
3 iyul
A qrupu
Kanada - İraq - 0:7
Bayıl Arena.
B qrupu
Keniya - Fransa - 2:2
Dalğa Arena.
Əlcəzair - Bəhreyn - 0:0
Dalğa Arena
C qrupu
Kot`D-İvuar - ABŞ - 2:0
“Şəfa” stadionu.
Oman - Almaniya - 5:0
“Şəfa” stadionu.
D qrupu
Hollandiya - Kamerun - 0:1
Zirə OİK.
Brazilya - Qətər - 0:1
Zirə OİK.
