4 iyul 2013 00:23
Xəzər Lənkəranın Sliema ilə cavab matçının başlama saatı bəlli oldu
UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin “Xəzər Lənkəran”la Malta “Sliema”sı arasında keçiriləcək cavab matçının başlama saatı müəyyənləşib. Azerisport.az xəbər verir ki, sözügedən qarşılaşma saat 20:00-da başlayacaq.
Qeyd edək ki, “Xəzər Lənkəran” – “Sliema” matçı iyulun 11-də baş tutacaq. Qarşılaşma Lənkəran şəhər mərkəzi stadionunda keçiriləcək.
Oyunun Vim Smetin rəhbərlik etdiyi belçikalı hakimlər tərəfindən idarə olunacağını da vurğulayaq.
Maraq üçün xatırladaq ki, bu komandalar arasında Maltada keçirilmiş oyun 1:1 hesabıyla başa çatmışdı.
