3 iyul 2013 11:44
Mariehamn artıq Bakıdadı (VİDEO)
Məlum olduğu kimi, sabah "İnter" UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Bayıl" stadionunda Finlandiyanın "Mariehamn" klubunu qəbul edəcək. Azerisport.az xəbər verir ki, artıq komandamızın rəqibi Bakıdadı.
"İnter TV" gecə saat 03.40-da paytaxtımızın hava limanına enən "Mariehamn"ın Azərbaycana gəlişini lentə alıb. Aland adalarını təmsil edən komandanın iki futbolçusundan - Kris Brayt və Dever Olgillə də qısa müsahibələr alınıb.
