3 iyul 2013 11:53
Bakının baş məşqçisindən yenilik
“Bakı” futbol klubunun yeni baş məşqçisi Milinko Pantiç komandanın futbolçularına forma nömrələrini özü təqdim edəcək. Azerisport.az xəbər verir ki, bu barədə jurnalistlərə klub prezidenti Hafiz Məmmədov açıqlama verib.
O bildirib ki, bundan sonra futbolçular özləri istədikləri nömrələri seçə bilməyəcək. Hansı oyunçuya neçə nömrəli formanın verilməsini Pantiçin müəyyənləşdirəcək. Məmmədovun sözlərinə görə, komandada elə oyunçular var ki, yeni baş məşqçinin qoyduğu tapşırıqları yerinə yetirə bilmədiklərindən, özləri getməyə qərar veriblər.
