3 iyul 2013 12:45
Elhad Nəziri yenə də oynadı, komandası qalib gəldi
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Elhad Nəziri Rumıniyanın “Petrolul” klubunda növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, həmyerlimiz komandasının Sloveniya toplanışı çərçivəsində Bolqarıstan çempionu “Ludogorets”ı ilə sınaq matçının iştirakçısı olub.
Qarşılaşma 4:1 hesabıyla həmyerlimizin komandasının xeyrinə başa çatıb. Elhad meydana 82-ci dəqiqədə çıxıb.
Xatırladaq ki, Nəziri bundan öncə keçirilən Sloveniya “Maribor”u ilə oyunda (1:1) ikinci hissədə 45 dəqiqə forma geymişdi. Serbiya “Partizan”ı ilə görüşdə (0:1) isə o, start heyətdə meydana çıxmış, 58-ci dəqiqədə əvəzlənmişdi.
