3 iyul 2013 13:56
Reynaldo: Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaq istəyirik
“Qarabağ”ın yarımmüdafiəçisi Reynaldonun azerisport.az saytına müsahibəsi
- “Metallurg”la ilk oyun barədə nə deyə bilərsiz?
- Braziliyalı olmağıma baxmayaraq, belə isti hava şəraitində oynamaq komandamla yanaşı mənə də çətin oldu. Xüsusilə birinci hissədə hava şəraiti oyunumuza çox təsir etdi. İkinci hissədə isə hər şey dəyişdi. Oyunumuz daha getməyə başladı, qol vurduq, cavab matçı öncəsi üstünlük qazandıq.

- Oyunun sonlarında yüz faizli qol şansını boşa verdiniz. Qorxmursuz ki, Bakıdakı oyunda hər şey istədiyiniz kimi alınmaz və həmin epizodu təəssüflə xatırlayarsız?
- Əlbəttə, 2:0 və ya 3:0 hesabıyla qalib gəlməyimiz daha yaxşı olardı. Biz “Metallurg”a asanlıqla da qalib gələrdik. Sadəcə, səfərdə bunu edə bilmədik. Başladığımız işi Bakıda yekunlaşdırmağa çalışacağıq.

- Niyə sizin kimi texnikalı futbolçular qapıçı ilə üz-üzə qaldığı epizodda qol vura bilmirlər?
- Görünür, yorğunluq öz sözünü dedi. Eybi yox, Bakıda vuracağam.

- Sizcə, rəqib sizə bir daha belə imkan yaradacaq?
- Hələ oyundan öncə də özümə söz vermişdim ki, “Metallurg”a qol vuracağam. Cavab oyunu öncəsi də bunu təkrarlamağa çalışacağam (gülür).

- “Qarabağ”a qışda gəlsəz də, artıq sözünüzü deməyi bacarmısız. Bəs yeni mövsümdə sizdən nə gözləyək?
- Məndən yox, ilk növbədə komandamdan. Biz bu mövsüm Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq istəyirik. Amma buna nail olmaq biz düşündüyümüzdən də çətindi.

- Özünüz barədə heç nə demədiniz...
- Daha çox qol vurmaq istəyirəm. Bu, mənim hədəfimdi. Fikrimcə, buna nail olmaqla komandamın da hədəflərinə çatmasına yardımçı olaram.