3 iyul 2013 14:12

Tam heyətlə ilk məşq və alqış

“Rəvan” yeni mövsümə hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, komanda bazar ertəsi baş tutan bərpaedici hazırlıqdan sonra yenidən “gücləndirilmiş rejimə” keçib.
 
Gündə 2 dəfə məşq edən futbolçular hazırlığın birinci mərhələsində olduqca istəkli görünüb. “Bayıl Arena”da baş tutan bugünkü səhər məşqi də bu baxımdan istisna olmayıb.
 
Baş məşqçi Ramil Əliyev axşam məşqinin trenajor-zalda olacağını nəzərə alıb, hazırlığı taktiki-texniki çalışmalar üzərində qurub. Belədə futbolçular da toplu çalışmalarla “yüklənib”. Dar sahədə pressinq tətbiq etmək, bu pressinqdən çıxmaq üzərində işləyən oyunçular ənənəvi «kvadrat» üzrə də çalışıb. Təxminən saatyarım çəkən məşqin sonunda komanda üzvləri cinah asmaları və onların qapanması, eləcə də qapıya zərbələr üzərində işləyib.
 
Məşqin daha bir özəlliyi onda olub ki, legionerlər tam heyətlə ilk dəfə meydana çıxıb. Belə ki, polşalı qapıçı Lukaş Sapela artıq Bakıdadı. Səhər saatlarında paytaxta dönən qolkiper yüksək peşəkarlıq nümayiş etdirərək özünü səhər məşqinə çatdırıb. Komanda üzvlərinin Lukaşın bu addımını alqışla qarşılaması da diqqət çəkib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.