3 iyul 2013 21:20
Simurqun Dilayla qol dueli sülhlə bitdi (YENİLƏNİB)
Türkiyədə növbəti mövsümə hazırlaşan “Simurq” bu gün təlim-məşq toplanışı çərçivəsində növbəti sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, Zaqatala təmsilçisi Gürcüstanın "Dila" klubu ilə qarşılaşıb.
Oyun "Simurq"un məskunlaşdığı "Green Park" otelinin meydançasında keçirilib.6 qolun vurulduğu matçda qalib müəyyənləşməyib. Zaqaala klubunun qollarına dubla imza atan Bayer və Novruzov imza atıb.
Xatırladaq ki, “Simurq” qardaş ölkədəki ilk hazırlıq matçında Rusiyanın “Spartak” (Nalçik) klubuna 0:1 hesabıyla uduzmuşdu.
Yoxlama oyunu
3 iyul
Simurq – Dila - 3:3 (0:1)
"Simurq"un start heyəti: Pavel Kapsa, İlkin Qırtımov, Rüstəm Məmmədov, Tural Axundov, Rövşən Əmiraslanov, Orxan Səfiyaroğlu, Tagim Novruzov, Nenad Kiso, Lukas Bayer, Salif Ballo, Rəşad Eyyubov.
