3 iyul 2013 14:36
Qəbələ Kiyev Dinamosunun qapıçısı ilə güclənir?
“Qəbələ” Kiyev “Dinamo”sunun qapıçısı ilə güclənə bilər. Azerisport.az xəbər verir ki, belə bir iddia ilə Ukrayna mətbuatı çıxış edib.
Onların yazdığına görə, Azərbaycan klubu bu komandada çıxış edən Stanislav Boquşu almaq istəyir. Lakin Syominin “Dinamo”da çalışdığı vaxt komandanın əsas qolkiperi olan Boquşun “Qəbələ”yə keçidi o qədər də inandırıcı görünmür.
Məsələ burasındadı ki, hazırda bu komandada qapıçılarla bağlı problem yoxdu. Dieqo Kostanı heyətdə saxlayan “Qəbələ” “Simurq”dan Dmitri Kramarenko və David Petrkeviçi də transfer edib. Belə olan halda daha bir qapıçının alınması real deyil.
