3 iyul 2013 15:03
“Qarabağın qolu isə bizim üçün böyük zərbə oldu”
Makedoniyanın “Metallurg” klubunun kapitanı Vasko Mitrev Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları görüşlə bağlı bunları söyləyib:
“Çətin oyun oldu. Hər iki komanda qalib gələ bilərdi. Bizim bir zərbəmiz dirəkdən döndü. Daha bir epizodda azca bəxtimiz gətirmədi. “Qarabağ”ın qolu isə bizim üçün böyük zərbə oldu. Məğlub olsaq da, mərhələ adlamaq üçün şansımızın olduğunu düşünürəm”.
