3 iyul 2013 15:39
AFFA rəsmisi Avropa Liqasının oyununa təyinat aldı
Orxan Hüseynzadə beynəlxalq oyuna təyinat alıb. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumatda bildirilir ki, UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyulun 4-də, Astana şəhərindəki "Astana Arena"da keçiriləcək "Astana" (Qazaxıstan) - "Botev Plovdiv" (Bolqarıstan) qarşılaşmasının UEFA nümayəndəsi Orxan Hüseynzadə olacaq.
