3 iyul 2013 16:15
Bakının hazırlıq planları bəlli oldu
“Bakı” futbol klubu yeni mövsümə hazırlıq çərçivəsində keçirəcəyi yay təlim-məşq toplanışının yerini və vaxtını dəqiqləşdirib. Azerisport.az klub saytına istinadən xəbər verir ki, “zolaqlılar” iyulun 4-dən 25-nə kimi Avstriyanın Leoqanq şəhərində olacaq.
Səfər müddətində komanda “Falkensteiner Hotel & Spa Bleibergerhof” otelində məskunlaşacaq.
“Bakı” hazırlıq prosesi çərçivəsində bir neçə yoxlama oyununda qüvvəsini sınamağı planlaşdırır.
