3 iyul 2013 16:27
Məlikov Denizlisporu şoka salıb
Rail Məlikovun gedişi Türkiyənin “Denizlispor” camiəsində şok eefekti yaradıb. Azerisport.az xəbər verir ki, denizlispor.biz saytı bunu “Denizlispor”da şok: Rail Məlikov ölkəsinə döndü” başlığı ilə yayımlayıb.
Sayt Railə təşəkkür edib: “Denizlispor” da rəhbərlik transfer danışıqlarına davam edərkən gözləmədiyi bir durumla qarşılaşdı. Bu il komandada qalması gözlənilən təcrübəli müdafiəçi Rail Məlikov ölkəsinin “Qəbələ” klubu ilə anlaşdı. Ötən mövsümün əvvəlində “Denizlispor”a qoşulan azəri futbolçu müdafiənin dəyişməz ismi olmuşdu. Təcrübəli futbolçu “Qəbələ” ilə 2 illik müqavilə imzalayaraq komandanın İspartadakı təlim-məşq toplanışına qoşuldu. Denizlispor.biz olaraq Məlikova “Denizlispor”a xidmətlərinə görə təşəkkür edir və yeni komandasında uğurlar arzulayırıq”.
