3 iyul 2013 16:43
Xəzər Lənkəranın altı qol vurduğu komanda Neftçi ilə oyundan imtina etdi
Almaniyanın “İnqolştadt” klubu “Neftçi” ilə yoxlama oyunu keçirməkdən imtina edib. Azerisport.az xəbər verir ki, II Bundesliqa klubu Azərbaycan çempionu ilə bu gün qarşılaşmalı idi.
Lakin almanlar oyuna çıxmaq istəməyiblər. Buna səbəb kimi isə heyətdəki klubu zədəli futbolçularının çoxluğunu göstəriblər. Bu səbəbdən “Neftçi” yeni rəqib axtarışına başlayıb və II Bundesliqanın başqa bir klubu – “Energie Cottbus”la razılığa gəlib. Oyun bu gün baş tutacaq.
Qeyd edək ki, “İnqolştadt” bir neçə gün əvvəl “Xəzər Lənkəran”la qarşılaşmış və 1:6 hesabı ilə məğlub olmuşdu.
