3 iyul 2013 16:50
Sumqayıt Fakeldən oyunçu aldı (FOTO)
"Sumqayıt" Futbol Klubu 2013/14 mövsümü üçün transfer çalışmalarını davam etdirir. Azerisport.az xəbər verir ki, son olaraq, Budaq Nəsirov və Saşa Yunisoğlunu heyətinə qatan komanda "Fakel"də çıxış edən Adil İbrahimovu heyətinə qatıb.
24 yaşlı azərbaycanlı futbolçu klubla iki illik müqavilə imzalayıb.
Qeyd edək ki, karyerasına "Ximki"də başlayan Adil İbrahimov Rusiya çempionatında 36 qarşılaşmada 2 qol vurub. "Skonto"nun heyətində 16 oyun keçirmiş adıçəkilən futbolçu "Fakel"də də 16 oyuna çıxıb.
