3 iyul 2013 17:04

“Simurqun büdcəsi artıb, amma...”

 “Simurq”un prezidenti Anar Bəkirovun azerisport.az saytına müsahibəsi
 
- Komandanızın Türkiyə toplanışı necə keçir?
- “Simurq” artıq burda bir yoxlama oyunu da keçirib. Nalçik “Spartak”ı ilə oyunu izləməsəm də, rəqibimizin güclü komanda olduğunu düşünürəm. Qarşıda bizi Gürcüstanın “Dila” klubu ilə növbəti sınaq matçı gözləyir. Baxışa güclü futbolçular çağırmaq istəyirik. Amma onlar birbaşa müqavilə bağlamağa üstünlük verirlər. Toplanışımıza qatılanlar arasında da yaxşı futbolçular var. Onlar barədə yekun sözü baş məşqçi Georgi Çixradze söyləyəcək. Bir neçə yerli futbolçu ilə müqavilə imzalamışıq. Mümkündü ki, daha bir azərbaycanlı futbolçu ilə güclənək. Həmçinin iki legionerlə də müqavilə bağlamaq istəyirik. İstəyirik ki, çempionatda heyətlə bağlı problemimiz olmasın.
 
- “Simurq”un bu yay təxminən 20 futbolçu ilə yollarını ayırmasına nə səbəb oldu?
- Son mövsüm bizim üçün uğurlu alındı. İlk altılığa düşdük, dördüncü yeri tutduq, bəzi futbolçularımız milli komandalara çağırılmağa başladı. Aydın məsələdi ki, belədə kənardan futbolçularımıza maraq artdı. Gizlətmirəm ki, bəzi futbolçularımıza daha yaxşı maliyyə şərtləri olan müqavilələr təklif olundu. Bu gün hər bir futbolçu daha çox pul qazanmaq, çempionluğa oynayan komandalarda top qovmaq istəyir. Getmək istəyən və bizim şərtlərlə razılaşmayan futbolçular da məhz söylədiyim səbəblərə görə komandadan ayrıldılar.
 
- Sabiq kapitan Rasim Ramaldanov başqa olmaqla...
- Mən onların hamısına uğurlar arzulayıram. Kimsə başqa komandada oynamaq istəsə, biz onu heç vaxt qalmağa məcbur etməyəcəyik. “Simurq” həmişə yaxşı futbolçu tapa bilər. Bizim öz gənc uşaqlarımız da var. Onların bəzisi yeni mövsümdə özlərini göstərmək imkanı qazanacaqlar.
 
- Sizə elə gəlmir ki, bizim futbolçular dəyərlərindən daha artıq pul qazanırlar?
- Azərbaycanda futbolçular çox böyük məbləğdə pul qazanırlar. Bu üzdən onlar xaricə getməkdə də maraqlı olmurlar. Nə qədər ki, belə davam edəcək, onlar bu barədə düşünməyəcəklər də. Amma bu cür davam edə bilməz. Əlbəttə, yaxşı yerli futbolçular da azdı. Bu üzdən də klublar onları bəzən daha çox pul verməklə heyətdə saxlamaq istəyirlər.
 
- “Simurq”un yeni mövsüm üçün büdcəsinin artırıldığı bildirilir. Bu, doğrudu?
- Bəli, büdcəmiz indi daha böyükdü. Amma biz onun hamısını bir komandaya xərcləyə bilmərik. Bizim indiki əsas məqsədimiz klubun infrastrukturunu daha da yaxşılaşdırmaqdı. Baza, iki yeni meydança tikirik. Qax stadionunda yenidənqurma işləri aparırıq. İndi cəmi bir meydançamız var ki, həm əsas, həm də əvəzedici komandamız oyunlarını burda keçirir. Amma meydançalarımızın sayını artırmaq istəyirik. Ona görə də büdcəmizin əsas hissəsi məhz bu və digər işlərə hesablanıb.
 
- “Simurq”un yeni mövsümdə hədəfi necə olacaq?
- Yaxşı komanda yaratmaq istəyirik. Büdcəmiz yaxşı olsa da, səs-küylü transferlər olmayacaq. Biz normal qiyməti olan futbolçularla maraqlanırıq. İnanıram ki, çempionatda layiqli çıxış edə biləcək komanda formalaşdıra biləcəyik. Hər oyuna qələbə üçün çıxacağıq.
 
- Avrokuboklara çıxmağı bacaracaqsız?
- Bunu çempionatın gedişatı göstərəcək. Əlbəttə, biz də avrokuboklara düşməyi çox istəyirik. Bu gün Azərbaycanda futbol inkişaf edir. “Simurq”un sayəsində Zaqatalada da futbola maraq artıb. Gənclər futbolla məşğul olmağa başlayıblar. Yeni mövsümdə aparıcı klublarla rəqabət aparmaq çətin olacaq. Amma yaxşı komanda yaradacağımıza inanırıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.