3 iyul 2013 17:16
Anar Salmanov Avroliqa oyununa təyinat aldı
FIFA referisi Anar Salmanov yeni təyinat alıb. Azerisport.az xəbər verir ki, UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Mladost Podgorica" (Monteneqro) - "Videoton" (Macarıstan) cütünün qalibi ilə Slovakiyanın "Senica" komandası arasında iyulun 25-də keçiriləcək qarşılaşmanın baş hakimi Anar Salmanov olacaq.
Ona Yaşar Abbasov və Namiq Hüseynov kömək edəcəklər. 4-cü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.
