3 iyul 2013 17:27
Azərbaycan Hamburqla heç-heçə etdi
Xəbər verdiyimiz kimi, 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Almaniyanın Duysburq şəhərində təşkil olunmuş turnirdə iştirak edir. Azerisport.az xəbər verir ki, yığmamız bu gün "Hamburq" komandası ilə qarşılaşıb.
Oyun 1:1 hesabı ilə başa çatıb. Komandamızın qolunu Pilağa Mehdiyev vurub.
