4 iyul 2013 00:06

Daha bir klubumuz Avropa Liqasına start verir

Bu gün Azərbaycanın daha bir klubu avrokubok macərasına start verəcək. Azerisport.az xəbər verir ki, UEFA Avropa Liqasında ölkəmizi təmsil edən klublardan “İnter” də ilk sınağına çıxacaq.
 
Məlum olduğu kimi, “İnter” Avroliqada oynamaq hüququna Premyer Liqamızın bürünc mükafatçısı olaraq yiyələnib. Paytaxt klubunu Avroliqanın ilkin təsnifat mərhələsində Finlandiya “Mariehamn”ı ilə oyunlar görüşlər gözləyir. Təmsilçilərimiz avrokubok mövsümünə doğma meydanda start verəcək.
 
Avroliqadakı digər təmsilçilərimiz - “Qarabağ” və “Xəzər Lənkəran” kimi, “İnter” də püşk zamanı “səpələnmişlər” səbətindən çıxdığı üçün, rəqibi özünə nisbətən daha zəiflərin – “səpələnməmişlər”in arasından seçilib. Məhz bu üzdən azərbaycanlı futbolsevərlər digər klublarımız kimi, “bankirlər”in də ən azı birinci mərhələni keçəcəyinə demək olar ki, şübhə etmirlər. Əks halda bu, çox ciddi uğursuzluq kimi qiymətləndiriləcək.
 
Qeyd edək ki, “İnter”lə ilk rəqibi arasında böyük səviyyə fərqi var. Bunu UEFA-nın klub reytinqi də isbatlayır. 294-cü pillədə olan “bankirlər”in rəqibi 450 komandanın yer aldığı UEFA reytinqinə ümumiyyətlə düşməyib. Düzdü, bu, real müqayisə mənbəyi sayıla bilməz. Amma hər halda Azərbaycan klubunun qarşısındakı heç də keçilməz bir komanda deyil və istənilən halda finləri məğlub etməyə borcluyuq.
 
“İnter” avrokuboklara heç də pis hazırlaşmayıb. Hazırlıqlara bütün klublarımızdan tez başlayan Kaxaber Sxadadzenin komandası öncə Türkiyədə təlim-məşq toplanışında oldu, bir yoxlama görüşü keçirdi. Kiçik fasilədən sonra isə paytaxt təmsilçisi Avstriyaya yollandı ki, burda yoldaşlıq görüşlərinin keçirilməsinə daha çox önəm verildi. Hazırlıq prosesi zamanı “bankirlər” bir neçə transfer də həyata keçirib. Düzdü, bu yay komandadan gedənlər də az olmadı. Robertinyo, Vladimir Levin, Petar Zlatinov, Tales Şütz, Revaz Tevdoradze, Georgi Adamiya, Valeri Abramidze, İliya Kandelaki, Nizami Hacıyev, İbrahima Niasse, Aleksandr Qross, Yuri Fomenko kimi futbolçuları yola salan Bakı təmsilçisi əvəzində Səlahət Ağayevi, Asif Mirilini, Rüstəm Abbasovu icarədən qaytardı. Üstəlik Vaqif Cavadov, Aleksandr İaşvili, Matiya Şpiçiç, Mikel Alvaro, İvan Benites, Laşa Salukvadze kimi yeni futbolçular transfer olunub.

Kaxaber Sxadadzenin komandası UEFA-ya təqdim etdiyi iştirak ərizəsinə bu futbolçuların adlarını daxil edib:
 
Qapıçılar: 1. Georgi Lomaya, 25. Səlahət Ağayev, 96. Elşən Poladov;
 
Müdafiəçilər: 2. Azər Salahlı, 3. Laşa Salukvadze, 4. İvan Benites, 7. Ruslan Əmircanov, 14. İlqar Ələkbərov, 15. Matiya Spiçiç, 29. Ruslan Cəfərov, 20. Brüs Abdulay, 87. Camal Hacıyev;
 
Yarımmüdafiəçilər: 5. Slavço Georgiyevski, 8. Mikel Alvaro, 10. Daniel Genov, 11. Asif Məmmədov, 13. Mirsahib Abbasov, 21. Arif Daşdəmirov, 47. Abdulla Abatsiyev, 77. Flavio Bek, 91. Coşqun Diniyev;

Hücumçular: 9. Aleksandr İaşvili, 6. Samir Zərgərov, 17. Ramil Mansurov, 28. Baçana Sxadadze, 70. Vaqif Cavadov.
 
Göründüyü kimi, komandamızın özündən heç də güclü olmayan rəqibi üzərində qələbə qazanması üçün heç bir problem yoxdu. Sadəcə, “bankirlər”in işə məsuliyyətlə yanaşması, rəqibə yuxarıdan aşağı baxmaması yetərlidi. Özü də “İnter” cütün taleyini məhz ilk oyunda həll etməyə çalışmalıdı. Çünki cavab matçı səfərdə olacağından, “İnter” öz qapısını qorumaq şərti ilə mümkün qədər çox qol vurmalıdı. Əks halda Finlandiyada xoşagəlməz aqibətlə üzləşə bilər.
 
Sonda onu da bildirək ki, avrokuboklarda qazanılan istənilən uğur Azərbaycanın UEFA-dakı klub reytinqinə də təsirsiz ötüşmür. Belə ki, klublarımızın hər qələbəsi ölkəmizə 0,250 reytinq xalı qazandırır. Heç-heçə isə 0,125 xal verir. Hazırda Azərbaycan UEFA reytinqində 53 ölkə arasında 31-cidi və hesabında 8.250 reytinq xalı var ki, onun da 0.375 xalı cari mövsümdə qazanılıb. Bundan 0.250  xal “Qarabağ”ın, 0.125 xal isə “Xəzər Lənkəran”ın payına düşür.

Yeri gəlmişkən qeyd edək ki, “Qarabağ”la “Xəzər Lənkəran” ilk oyunlarını iki gün öncə keçirib. Ağdam təmsilçisi Makedoniya “Metallurg”unu səfərdə 1:0 hesabıyla məğlub etdiyi halda, “Xəzər Lənkəran” Malta “Sliema”sı ilə sülh bağlayıb – 1:1.
 
Avroliqadakı klublarımızla yanaşı Azərbaycanı bu il ölkə çempionu “Neftçi” də qitə arenasında təmsil edəcək. “Ağ-qaralar” daha nüfuzlu Çempionlar Liqasında özünü göstərmək şansına malikdi.
 
Avropa Liqası
Birinci təsnifat mərhələsi (ilk oyunlar)
4 iyul

21:00. İnter - Mariehamn
Baş hakim: Sergey Sliva (Litva)
Bakı. “Bayıl Arena”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.