4 iyul 2013 19:25
Fenerbahçe XL ilə oyun üçün Lənkərana gəlir
Gələn il yaranmasının 10 illiyini qeyd edəcək “Xəzər Lənkəran” bir çox layihələrə imza atmağı düşünür. Azerisport.az xəbər verir ki, cənub klubu yubiley tədbirləri çərçivəsində böyük bir addım atıb.
Belə ki, “Xəzər Lənkəran” qardaş Türkiyənin nəhəng klublarından sayılan “Fenerbahçe” klubunu ölkəmizə gətirir. Türkiyə klubunun əsas komandası ilə iyul ayının 21-də, saat 20:00-da Lənkəran şəhər stadionunda yoldaşlıq görüşü keçiriləcək.
