4 iyul 2013 19:43
“Topu özümüzdə saxlaya bilsək, yaxşı nəticəyə ümid etmək olar”
Finlandiyanın “Mariehamn” klubunun qapıçısı Peter Enkelman Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Azərbaycan “İnter”inə qarşı keçirəcəkləri səfər oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
“Avroliqada oynamaq bizim klub üçün böyük uğurdu. Futbolçularımızn əksəriyyəti Avroliqada heç vaxt oynamayıb və bu oyun bizim üçün böyük hadisədi. “İnter”in oyunlarının videoyazılarını izləmişik. Artıq rəqibin necə oynadığından xəbərimiz var. Ancaq oyun ərzində də onların oyununa diqqət yetirməliyik. Öz oyunumuza gəldikdə isə səhvlərimizi aradan qaldırmalı və müdafiədə sərt oynamalıyıq. Topu ələ keçirdikdə mümkün qədər özümüzdə çox saxlamalıyıq. Əks təqdirdə “İnter” bizə çətin anlar yaşadacaq. Əgər topu özümüzdə saxlaya bilsək, yaxşı nəticəyə ümid etmək olar”.

36 yaşlı qolkiper Bakı şəhərinin gözəlliyindən də danışıb: “Bakı Türkiyə kimi Avropanın cənubunda yerləşir. Burada böyük köhnə yollar var. Ancaq şəhərdə yenidənqurma işləri gedir. Bakı milyonlar şəhəridi və bunu canlı görmək çox xoşdu. Bəzi futbolçular elə hava limanında müsahibə verdilər. Bizə qarşı münasibət yaxşı idi. Daha sonra polisin nəzarəti ilə hava limanından Bakının boş küçələrindən keçərək qalacağımız otelə yollandıq”.
Qeyd edək ki, “Bayıl Arena”da keçiriləcək “İnter” – “Mariehamn” matçı saat 21:00-da başlayacaq.