4 iyul 2013 11:17

Vaqif Cavadov: İnterin əsas hədəfi minimum iki mərhələ keçməkdi

“İnter”in yarımmüdafiəçisi Vaqif Cavadovun azerisport.az saytına müsahibəsi
 
- Avropa Liqasının ilk təsnifat mərhələsi çərçivəsində keçirəcəyiniz Finlandiya “Mariehamn”ı ilə ev oyunundan nə gözləyirsiz?
- Mən onların internetdə bir neçə oyununu izləmişəm. Heç də pis komanda deyil. Hücum xəttində güclü oyunçuları var. Müdafiədə ehtiyatlı oyuna üstünlük verirlər. Yarımmüdafiə xətti də yaxşı təsir bağışlayır. Hücuma tez keçməyi bacarırlar. Hesab edirəm ki, biz onları kifayət qədər analiz edə bilmişik və qələbə qazana biləcəyik.
 
- “Mariehamn” avrokuboklarda debütantdı...
- İstənilən halda biz rəqibə hörmətlə yanaşmalıyıq. Rəqibə yuxarıdan aşağı baxmaq bizim üçün pis nəticələnə bilər. Avroliqaya düşəndən sonra bir neçə yeni futbolçu alıblar. Heyətində bir neçə yığma üzvü də var. Ona görə də işimiz heç də asan olmayacaq. Amma “Mariehamn”ı keçməyə borcluyuq. Yaxşı olardı ki, hər şeyə ilk oyunda aydınlıq gətirək. O zaman səfər matçına daha yaxşı əhval-ruhiyyə ilə yollanarıq.
 
- Siz “İnter”in bu cütün favoriti olması ilə razısız?
- Mümkündü ki, biz favoritik. Necə də olmasa, biz əvvəllər də avrokuboklarda oynamışıq, təcrübəmiz var. Amma bu, kağız üzərindədi və güclü olduğumuzu meydanda da sübut etməliyik. Komandamızda əla atmosfer hökm sürür. Yalnız meydana çıxıb, qələbə qazanmaq qalır. “İnter” bu şansı əldən qaçırmamalıdı.
 
- “İnter”i növbəti mərhələdə “Celje” (Sloveniya) – “Tromse” (Norveç) cütünün qalibi ilə duel gözləyir...
- Avroliqada zəif komanda olmur. Bizim hədəfimiz ən azı iki mərhələ keçməkdi. Düzdü, “Neftçi” ötən mövsüm Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaqla digər klubların qarşısındakı hədəfləri də yüksəltmiş oldu. Amma fikrimcə, elə iki mərhələ keçməklə də Azərbaycan futbolunun Avropadakı reytinqinin qalxmasına yardımçı ola bilərik.
 
- “İnter” hücum xəttindəki problemləri yoluna qoya bilib?
- Ötən mövsüm komandanın hücum xəttində həqiqətən müəyyən problemlər var idi. Amma komanda indi xeyli güclənib. Hər halda problemlərimizin nə qədər azaldığını “Mariehamn”la oyunlar göstərəcək.
 
- İlk oyunda hansı nəticəni ideal sayardız?
- İki-üç cavabsız qollu qələbə. Bu, çox gözəl nəticə olardı. Fikrimcə, “Mariehamn”ı meydanın mərkəzində qarşılamalıyıq və onların asan hücumlar təşkil etməsinə imkan verməməliyik.
 
- “İnter”in kapitanı seçiləcəyinizi gözləyirdiniz?
- Xeyr. Komandaya mənim namizədliyim təqdim olundu, oyunçular da bunu dəstəklədilər. Əlimdən gələni edəcəyəm ki, “İnter” bu seçimdən razı qalsın.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.