4 iyul 2013 11:36

Simurqda çexiyalı futbolçu (FOTO)

Xəbər verdiyimiz kimi, “Simurq” ötən gün Gürcüstanın “Dila” klubu ilə yoxlama oyunu keçirdi. Azerisport.az xəbər verir ki, 3:3 hesabıyla başa çatan görüşdə Zaqatala təmsilçisinin qollarından ikisini Lukaş Bayer vurdu.
 
Bəs görəsən, Georgi Çixradzenin sınadığı bu yeni futbolçu kimdi? Çexiyalı futbolçu 1984-cü ildə anadan olub. O, peşəkar karyerasında yerli “Atlantic Slovan Pardubice” klubunda başlayıb və ilk mövümündə bu komandada 26 oyuna çıxıb. 2005-ci ildə “Znojmo”ya transfer olsa da, burdakı karyerası o qədər də uğurlu alınmayıb. 2006-cı ildə keçdiyi “Hanacka Slavia”da 13 oyun keçirən futbolçu 2006–2007 mövsümündə “Dosta Bystrc” klubuna transfer olunub (26 oyun, 2 qol). 2007-ci ildən 2012-ci ilədək “Sigma”da top qovan Bayer burda 96 oyuna 5 qolla yadda qalıb. Lakin 2008-ci ildə o, Hollandiyanın “Heracles Almelo” klubuna da transfer olunub və burda 11 oyuna çıxıb. 2012-ci ildə keçdiyi Qazaxıstan “Aktobe”sində 24 oyuna 5 qol vuran Lukas 2013-cü ildə “Viktoria”ya keçsə də, burda cəmi iki oyun keçirib (1 qol).
 
Qeyd edək ki, Bayer yarımmüdafiə mövqeyində çıxış edir. O, hələlik Zaqatala klubunda sınaqdadı. Lukaşın komandada qalıb-qalmayacağına məşqçilər korpusu yaxın günlərdə qərar verməlidilər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.