4 iyul 2013 23:26
İnteri üzən futbolçu: 0:1 bizi qane etmirdi
Finlandiyanın “Mariehamn” klubunun futbolçusu Alanzo Adlam Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində “İnter”ə qarşı keçirilmiş ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, 1:1 hesablı heç-heçə ilə bağlı bunları dilə gətirib:
“Biz çox gözəl nəticəyə nail olduq. Buraxılan qoldan sonra başa düşürdük ki, bizə də fərqlənmək lazımdı. Çünki 0:1 hesabı bizi qane etmirdi. Biz indi cütün favoritinə çevrildiyimizi düşünmürük. Sadəcə, cavab matçına çıxıb, qələbə qazanmaq lazımdı”.
