4 iyul 2013 23:30
Patrik Biskata: Cavab matçı üçün şanslarımız daha yüksəkdi
Finlandiyanın “Mariehamn” klubunun yarımmüdafiəçisi Patrik Biskata Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində “İnter”ə qarşı keçirilmiş ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, 1:1 hesablı heç-heçə ilə bağlı bunları dilə gətirib:
“Bizim ikinci hissədə daha bir neçə yaxşı qol vəziyyətimiz oldu. Amma onlardan yararlana bilmədik. Hesab edirəm ki, biz fasilədən sonra daha yaxşı oynadıq. İndi cavab matçı üçün şanslarımız daha yüksəkdi. Amma “İnter” hələ də bizim üçün təhlükəli rəqib olaraq qalmaqdadı. Çünki bu komanda cavab matçında da qol vura bilər”.
