4 iyul 2013 23:41
Pekka Liiski: İnterdən daha yaxşı oyun gözləyirdim
Finlandiyanın “Mariehamn” klubunun baş məşqçisi Pekka Liiski Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində “İnter”ə qarşı keçirilmiş ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Səfər oyununda 1:1 bizim üçün çox yaxşı nəticədi. Mən “İnter”dən daha yaxşı oyun gözləyirdim. İlk oyundakı yaxşı nəticəyə baxmayaraq, biz hələ sadəcə yolun yarışındayıq. Biz evdə daha yaxşı oynayırıq. Ona görə növbəti mərhələyə çıxmaq ümidlərimiz artdı. İndi bizim minim vəzifəmiz evdə uduzmamaqdı. Bu, bizim növbəti mərhələyə çıxmağımıza şərait yarada bilər. “Bayıl Arena” və bakılı azarkeşlər də çox xoşuma gəldi”.
