4 iyul 2013 12:03
İnterin rəqibi yeni futbolçu ilə gücləndi
Avropa Liqasının birinci təsnifat mərhələsində “İnter”in rəqibi olan Finlandiyanın “Mariehamn” klubu yeni futbolçu ilə güclənib. Azerisport.az xəbər verir ki, “bankirlər”in rəqibi mərkəz müdafiəçisi alıb.
Bu, Tomaş Hradeçkidi. Çexiya əsilli finlandiyalı futbolçu hələlik yeni klubu ilə müqavilə imzalamayıb. Amma yaxın günlərdə 21 yaşlı futbolçu ilə münasibətlərin tam rəsmiləşməsi gözlənilir.
Qeyd edək ki, “Mariehamn” artıq bu gün Bakıda “İnter”lə ilk oyununa çıxacaq.
