5 iyul 2013 00:06
Vaqif Cavadov: Azarkeşlərin belə reaksiyasına nə dərəcədə layiq olduğumu deyə bilmirəm
“İnter”in yarımmüdafiəçisi Vaqif Cavadov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Finlandiyanın “Mariehamn” klubuna qarşı keçirilmiş ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, meydanı tərk edərkən azarkeşlər tərəfindən fitə basılması ilə bağlı bunları dilə gətirib:
“Azarkeşlərin istədiyini etməyə haqqı var. Onlara heç kim bunu qadağan edə bilməz. Yəqin ki, başqa futbolçunu fərqli qarşılardılar. Mən onların belə reaksiyasına nə dərəcədə layiq olduğumu deyə bilmirəm. Öz oyunuma qiymət verməyi xoşlamıram”.
