4 iyul 2013 12:43
Hafiz Məmmədov Lensin sahibi oldu
“Bakı”nın prezidenti Hafiz Məmmədov Fransanın “Lens” klubunun səhmlərini alıb. Azerisport.az xəbər verir ki, artıq həmyerlimiz bununla bağlı sözügedən klubun prezidenti Jerve Martel ilə sponsorluq müqaviləsi imzalayıb.
Hələlik müqavilənin detalları açıqlanmır. Amma indidən əminliklə demək olar ki, Məmmədov artıq 1998-ci ildə Fransa çempionu olmuş bu klubun sahibidi.
“Lens”in yeni mövsümdəki hədəfi Liqa 1-ə qayıtmaq olacaq. Bunun üçün komandaya yeni baş məşqçi – Antuan Kumbuare gətirilib. Yeni mövsümdə bu komandanın heyətində azərbaycalı futbolçuların yer alması da istisna olunmur.
Hazırda ən ciddi problem isə “Lens”in maliyyə problemləri ilə əlaqədar Liqa 3-ə göndərilməsidi. Bu gün Frans Futbol Federasiyasında bu klubun yenidən Liqa 2-yə qaytarılması barədə müzakirlərə aparılacaq. Mümkündü ki, maliyyə təminatından sonra kluba verilən cəza ləğv olunsun.
