5 iyul 2013 00:15
Vaqif Cavadov: Şanslar hələ də bərabərdi
“İnter”in yarımmüdafiəçisi Vaqif Cavadov Avropa Liqasının birinci təsnifat mərhələsinin Finlandiya “Mariehamn”ı ilə ilk oyunundan (1:1) sonra azerisport.az saytına müsahibə verib:
- Niyə qələbə qazana bilmədiniz?
- Yəqin ki, biz istədiyimiz kimi yaxşı oynaya bilmədik. Bu üzdən də lazım olan nəticəyə nail olmaq alınmadı.

- Sizcə, bunun səbəbi futbolçuların bir-birini yaxşı başa düşməməsi idi?
- Bəli, bizdə yeni futbolçular var. Onlara uyğunlaşmaq üçün vaxt lazımdı. Elə özümü götürürəm. Mənim də komandaya tam uyğunlaşmağıma zaman lazımdı.

- Öz çıxışınızı necə qiymətləndirə bilərsiz?
- Mən heç vaxt öz oyunumdan danışmıram.
- Mən heç vaxt öz oyunumdan danışmıram.
- Amma azarkeşlər “qiymətləndirdilər”. Sizcə, onlar sizi niyə fitə basdı?
- Bu, onların fikridi. Onlar istədiklərini edə bilərlər. Azarkeşləri də başa düşürəm. Onlar daha parlaq oyun sərgiləməyimizi istəyirdilər. Mümkündü ki, mənim yerimə başqası olsaydı, belə etməzdilər. Amma mənim özümü göstərməyim üçün hələ vaxta ehtiyacım var.

- Sizcə, “Mariehamn”ı bu heç-heçədən sonra artıq cütün favoriti saymaq olar?
- Düşünmürəm. Biz Finlandiyada qol vurmağa çalışacağıq. Fikrimcə, biz bunu edə biləcəyik. Şanslar hələ də bərabərdi.