4 iyul 2013 13:06

Simurqun Dila ilə oyununda nələr baş verib?

Xəbər verdiyimiz kimi, "Simurq" ötən gün Türkiyədə təşkil edilmiş təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama görüşünü keçirib. Azerisport.az xəbər verir ki, komanda məskunlaşdığı "Green Park" otelinin meydançasında baş tutan matçda Gürcüstanın "Dila" klubu ilə qarşı-qarşıya gəlib.
 
Zaqatala təmsilçisi üçün ilk hissə o qədər də yaxşı keçməyib. 40-cı dəqiqədə Qori təmsilçisi hesabda irəli çıxıb. Rövşən Əmiraslanovun cərimə meydancasında rəqibə qarşı sərt oyunu görüşün baş hakimi tərəfindən penalti ilə dəyərləndirilib. İrakli Modibadze 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. İlk hissə bu hesablada başa çatıb.
 
Fasilədən sonra isə ssenari tamamilə dəyişib. 61-ci dəqiqədə hazırda “Simurq”un düşərgəsində baxışda olan Lukaş Bayer cərimə zərbəsini möhtəşəm yerinə yetirərək görüşdə hesabı bərabərləşdirib. Qoldan beş dəqiqə sonra çexiyalı futbolçu yenidən diqqət mərkəzinə düşüb. Salif Ballodan cərimə meydançasında gözəl ötürmə alan yarımmüdafiəçi güclü zərbə ilə yenidən topu doqquzluğa göndərib. Görüşdə irəli çıxan Zaqatala klubu 76-ci dəqiqədə qapısında yenidən qol görüb. Müdafiə xəttində buraxılan səhvdən istifadə edən Modibadze dubla imza atıb. İrakli 7 dəqiqə sonra isə komandasının 3-cü qolunu vuraraq "Dila"nı hesabda irəli çıxarıb.
 
Ancaq bu qarşılaşmada sonuncu qol olmayıb. Bütün gücü ilə hücuma keçən "Simurq" 90+3-də hesabı bərabərləşdirib. Cərimə meydançasında rəqibin kobud oyunundan sonra referi penalti nöqtəsini göstərib. Tagim Novruzov bunu dəqiq yerinə yetirərək oyunun nəticəsini müəyyənləşdirib və görüş 3:3 hesabı ilə başa çatıb.

“Simurq” növbəti yoldaşlıq oyununu iyulun 7-də keçirəcək. Bundan sonra komanda hazırlığın ikinci mərhələsini başa vuraraq ölkəyə qayıdacaq. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.