5 iyul 2013 00:48
Ruslan Əmircanov: Mərhələ adlamaq şansımız var
“İnter”in müdafiəçisi Ruslan Əmircanov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Finlandiyanın “Mariehamn” klubuna qarşı keçirilmiş ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, 1:1 hesablı heç-heçə ilə bağlı bunları dilə gətirib:
“Biz rəqibdən daha yaxşı oynadıq. Amma bəxtimiz gətirmədi. Son mövsümdə olduğu kimi, biz yenə də yaratdığımız qol vəziyyətlərindən yararlana bilmirik. Yaradırıq, qol vura bilmirik. Heç-heçə etməyimizə baxmayaraq, hesab edirəm ki, bizim mərhələ adlamaq şansımız var”.
