5 iyul 2013 00:54
Peter Enkelman: Mariehamn meydanda bütün gücünü qoydu
Finlandiyanın “Mariehamn” klubunun qapıçısı Peter Enkelman Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində “İnter”ə qarşı keçirilmiş ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, 1:1 hesablı heç-heçə ilə bağlı bunları dilə gətirib:
“Biz hesabı bərabərləşdirmək üçün yaxşı şans əldə etdik və bundan yararlandıq. Uşaqlara bu cür mübarizə apardıqlarına görə ancaq təşəkkür etmək lazımdı. Biz Bakıya uzun yol qət etmişdik. Çox yorğun idik. Amma buna baxmayaraq, futbolçularımız bütün güclərini meydanda qoydular”.
