4 iyul 2013 14:16
Mariehamn Bakıya 15 futbolçu ilə gəlib
Xəbər verdiyimiz kimi, Finlandiyanın “Mariehamn” klubu ötən gündən Azərbaycandadı. Azerisport.az xəbər verir ki, bu gün Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Bakıda “İnter”in qonağı olacaq komanda ölkəmizə 15 futbolçu ilə təşrif buyurub.
Baş məşqçi Pekka Liiski gətirdiyi oyunçuların ilk oyun üçün yetərli olacağı qənaətindədi. Komanda ilə yanaşı Azərbaycana dörd finlandiyalı jurnalist də gəlib.
Qeyd edək ki, “İnter” – “Mariehamn” oyunu bu gün “Bayıl Arena”da keçiriləcək və saat 21:00-da start götürəcək.
