5 iyul 2013 02:27
İnterin potensial rəqiblərinin oyununda 3 qol
Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, qitə arenalarında baş tutacaq oyunlardan biri “İnter” üçün də əhəmiyyət daşıyıb.
Belə ki, “İnter” – “Mariehamn” cütünün qalibi ikinci təsnifat mərhələsi çərçivəsində “Tromse” (Norveç) – “Celje” (Sloveniya) cütünün qalibi ilə qarşılaşacaq. Bu üzdən sözügedən klubların dueli Bakı təmsilçisi üçün də vacib idi. Norveç klubu ilk yarıda hesabı açsa da, son 15 dəqiqədə 2 qol buraxaraq uduzub.
Qeyd edək ki, “Xəzər Lənkəran” – “Sliema” cütünün qalibi ikinci təsnifat mərhələsində İsrailin “Maccabi” (Hayfa) klubu ilə qarşılaşacaq. “Qarabağ” – “Metallurg” cütünün qalibi isə Polşanın “Piast” klubu ilə üz-üzə gələcək.
Avropa Liqası
Birinci təsnifat mərhələsi (İlk oyun)
4 iyul
Tromse (Norveç) – Celje (Sloveniya) - 1:2
Qollar: Mika Koppinen, 30 - Andraz Jurey, 75, Sebastyan Qobeç, 84.
