4 iyul 2013 15:05
Bakı Atletico və London Arsenalı ilə qarşılaşacaq
“Bakı” bu gün yeni mövsümə hazırlıq çərçivəsində keçirəcəyi yay-təlim məşq toplanışının ikinci mərhələsini reallaşdırmaq üçün Avstriyaya yola düşüb. Azerisport.az xəbər verir ki, “zolaqlılar” yeni baş məşqçi Milinko Pantiçin rəhbərliyi altında iyulun 25-nə kimi Leoqanq şəhərində hazırlıq keçəcək.
Səfər müddətində komanda “Falkensteiner Hotel & Spa Bleibergerhof” otelində məskunlaşacaq.
Qeyd edək ki, “Bakı” hazırlıq prosesi çərçivəsində bir neçə yoxlama oyununda da qüvvəsini sınamağı planlaşdırır. Artıq sınaqçı rəqiblərin də bəzisi bəllidi. Belə ki, paytaxt klubu Avstriyada adlı-sanlı klublarla üz-üzə gələcək. İspaniya mətbuatının iddiasına görə, Bakı təmsilçisi əməkdaşlıq etdiyi İspaniyanın “Atletico” (Madrid), eləcə də Londonun “Arsenal” (İngiltərə) klubları ilə qarşılaşacaq. Amma oyunların dəqiq tarixi açıqlanmır.
