4 iyul 2013 15:52
Qarabağ növbəti transferi açıqladı (FOTO)
“Qarabağ” daha bir transfer həyata keçirib. Azerisport.az xəbər verir ki, Ağdam klubu konqolu hücumçu Ulrix Kapolonqo ilə sıralarını genişləndirib.
Qeyd edək ki, bu futbolçu ağdamlıların Türkiyə toplanışında iştirak etmiş, bir neçə sınaq matçına çıxmışdı. Lakin transferin tam rəsmiləşməsi üçün vacib olan məsələləri yoluna qoymaq üçün düşərgəni tərk etmişdi.
Artıq bütün problemlər yoluna qoyulub və tərəflər rəsmi müqaviləyə imza atıblar. Kapolonqo qarşıdakı iki mövsümdə “Qarabağ”ın şərəfini qoruyacaq.
Qeyd edək ki, 23 yaşlı forvardın son iş yeri İordaniyanın “Shabab Al Ordon” klubu olub. O, Konqo yığmasının heyətində 2007-ci ildə U-20 yığmaları arasında dünya çempionatında çıxış edib.
