4 iyul 2013 16:26
Toşak: Mən səhv etdim
“Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Maltanın “Sliema” klubuna qarşı keçirilmiş ilk oyunla bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, 1:1 hesabıyla başa çatan görüşlə bağlı bunları dilə gətirib:
“Qələbə qazana bilməməyimizdə günahkar mənəm. Mən hardasa səhvə yol verdim. Oyunçularımı günahlandırmağa hazırlaşmıram. Onlar hər şeyi düz etdilər. Nəzərə alın ki, onlar çox pis vəziyyətdə olan qazonda, özü də istidə oynayırdılar. Bizə belə şərtlər altında oynamaq çox çətin idi. Amma bizim növbəti mərhələyə adlamaq üçün çox yaxşı şansımız var”.
