4 iyul 2013 16:43

Con Toşak: Bizə daha bir yaxşı hücumçu lazımdı

“Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşakın azerisport.az saytına müsahibəsi
 
- Malta “Sliema”sı ilə oyun barədə düşüncələriniz necədi?
- Çox çətin oyun oldu. Deməzdim ki, biz yaxşı təsir bağışladıq. Bunun da bir neçə səbəbi var idi. Məsələn, oyunun süni örtüklü meydanda keçirilməsi, oyunçularımızın zədələnməsi və mənim səhvlərim.
 
- Hansı səhvlər?
- Mən bunları bilirəm. Vacib olan da budu. Bundan sonra onların təkrarlanmamasına çalışacağam. Bir daha deyirəm ki, qələbə qazana bilməməyimizə görə futbolçular məsuliyyət daşımırlar. Bu nəticə mənim səhvim ucbatımdandı. Amma mən əminəm ki, Lənkəranda, böyük dəstəyin sayəsində onları məğlub edib, mərhələ keçəcəyik.
 
- Siz süni örtükdən narazı qalsaz da, Azərbaycanda əksər oyunlar məhz belə stadionlarda keçirilir...
- Xeyr. Burdakı süni örtük çox sərt idi. Mən onu başa düşə bilmirəm ki, bu stadion necə UEFA bayrağı altında keçirilən oyunlara ev sahibliyi etmək hüququ qazanıb. Eyni zamanda UEFA-nın bu oyunu iki gün öncəyə keçirməsi də az təsir göstərmədi. Bu, bizim bütün planlarımızı korladı.
 
- Almaniyada daha bir sınaq matçı keçirsəydiniz, belə olmayacaqdı?
- Məsələ təkcə bunda deyil. Toplanışdan öncə məşq və oyunlar üçün plan tərtib olunur. Bu plana istənilən kənar müdaxilə hər şeyi korlamış olur. Bizdə də belə oldu. Mən artıq 35 ildən çoxdu futboldayam. Bu qədər vaxt ərzində heç vaxt gecə saat 2-də durub aeroporta getməmişdim. Bu, futbolçular üçün çox ağır idi.
 
- Bazar günü Malta çempionu “Birkirkara” ilə oynamalısız. Bunu keçirmək o dərəcədə vacib idi?
- Açığını deyim ki, oyunun həmin arenada keçiriləcəyini öyrənəndə ləğv olunmasını istədim. Amma mən razılaşmaya gəldiyimiz üçün buna hörmət etməyə borcluyam. Rəqibə söz vermişik. Buna görə də matç baş tutacaq. Sadəcə, uşaqlar maksimum ehtiyatlı olmalıdılar. Bizim onsuz da zədəlilərimiz var. Nildo, Vanderson, Benuahi zədədən əziyyət çəkir. Onların sayının artmasına imkan verməməliyik.
 
- Nildo ilə Benuahi sağalmasa, onları kim əvəzləyəcək?
- Onlar hətta özlərinə gəlsə belə, bizə yenə yaxşı bir hücumçu lazımdı. Bizi qarşıda çox çətin mövsüm gözləyir. Ümid edirəm ki, maltalıları keçəcəyik. Ondan sonra isə İsrail “Maccabi”si ilə oyunlar var. Üstəlik, “Neftçi” ilə Super Kubok matçı da var ki, bu da bizim üçün çox vacib görüşdü.
 
- Son günlər komandanı məşqlərdə elə də çox yükləmirsiz. Niyə?
- Fikrimcə, futbolçulara bir qədər istirahət lazımdı. Son günlər onlar üçün çox çətin keçib. Biz hamımız çalışmağı sevirik. Amma bunu daim etmək olmaz. Oyunçuların da kafedə oturmağa, söhbətləşməyə, şəhəri gəzməyə vaxtı olmalıdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.