4 iyul 2013 16:55
Xəzər Lənkəran üçün şad xəbər (FOTOREPORTAJ)
UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin Malta “Sliema”sı ilə oyunundan sonra Maltada qalan “Xəzər Lənkəran” bir günlük istirahətdən sonra məşqlərini bərpa edib. Azerisport.az xəbər verir ki, bu gün üçün nəzərdə tutulan yeganə məşq təbii örtüklü meydandan keçirilib.
Zədəli futbolçulardan Junior Nildo və Zoahir Benouahi istisna olmaqla bütün futbolçular məşqə qatılıblar. Saat yarım davam edən hazırlıqda komanda fiziki və taktiki planda çalışmaları yerinə yetirib.
Son olaraq qeyd edək ki, bu səhər Maltada keçirilən tibbi müayinədən sonra mərakeşli futbolçu Benuahinin zədəsinin ciddi olmadığı aşkarlanıb. (klub saytı)
