4 iyul 2013 17:07
Millimizin hücumçusu həkim müayinəsindən keçdi, iddialı danışdı
Bu gün baş məşqçisi Roberto Karlosun rəhbərliyi altında yeni mövsümün hazhırlıqlarına başlayacaq Türkiyənin “Sivasspor” klubunun futbolçuları tibbi müayinədən keçiblər. Azerisport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sivas Özel Anadolu Xəstəxanasında keçirilən müayinədə millimizin üzvü Cihan Özkara da iştirak edib.
Müayindən keçən Cihan Özkara, Hakan Arslan, Korcan Çelikay, Abdullkadir Özgen, Aatif Çaheçouhe, Milan Cerni, Yakub Navratil, Kaan Kılcı və Ahmet Arasda hər hansı bir problem aşkarlanmayıb.
Bundan sonra futbolçular açıqlama da veriblər. Yığmamızın üzvü bunları dilə gətirib: “Bu il hər kəs özünü daha yaxşı hazırlayacaq. Çünki böyük hədəflərimiz olacaq. Roberto Karlos kimi böyük bir insanla çalışacağıq. Bu bizə qürur hissi verəcək. Yaxşı bir komanda olub, azarkeşlerə zövq verəcək futbol nümayiş etdirmək istəyirik”.
