5 iyul 2013 18:05

Georgi Nikolov: Bu futbol “qonaqpərvərliyi" məni artıq bezdirib

“İnter”in prezidenti Georgi Nikolov komandasının Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Finlandiya “Mariehamn”ı ilə ev oyununda qələbə qazana bilməməsinə münasibətini açıqlayıb. Azerisport.az xəbər verir ki, bolqarıstanlı iş adamı ənənəvi olaraq klubun rəsmi saytında buna xüsusi yazı həsr edib:

“Oyundan sonra fin klubunun prezidenti “ürəkdən qonaqpərvərlik etdiyiniz üçün çox sağ olun” dedi və o, bunda tamamilə haqlı idi.
 
Çünki “İnter”in bütün işçiləri çalışdılar ki, onların bu səfəri unudulmaz xatirələrlə yadda qalsın. Həmişə belə olmuşdu – serblər, slovaklar, polyaklar, yunanlar da burdan könül xoşluğu ilə ayrılmışdılar.
 
Elə futbolçularımız da etika qaydalarını qətiyyən korlamadılar – qələbə qazanmaq əvəzinə finləri heç-heçəyə qonaq etdilər.
 
İndi bizi “qorxaq futbol” oynamaqda ittiham edənlərin buna haqqı yoxdu. Buna sadəcə “nəzakətli futbol” demək olar. Sən onlarla qol vəziyyəti yaradırsan, qol vurmursan, amma rəqibə cəmi bir qol vəziyyəti yaradıb fərqlənməsinə imkan verirsən... Əslində, biz “İnter”lilər hamımız uzaqgörən insanlarıq və marketinq baxımından intriqanı son fitə qədər saxlayırıq.
 
Bir qədər ciddi olsaq, bu futbol “qonaqpərvərliyi" məni artıq bezdirib. Qoy düşmənlərimiz sevinsinlər.
 
Aydın məsələdi ki, keçmişi geri qaytarmaq olmur. Amma parlaq gələcəyə nail olmaq üçün biz Finlandiyada özümüzü qaşqabaqlı və nəzakətsiz aparmalıyıq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.