5 iyul 2013 19:02
Denizlispor rəsmisi: Raillə bağlı bu xəbərləri biz yaymamışıq
Türkiyənin “Denizlispor” klubunun vitse-prezidenti Mehmet Erçelik Rail Məlikovun avtomobillə adam vurması barədə yayılan xəbərlərin onlarla bağlı olmadığını bəyan edib. Azerisport.az saytına müsahibəsində o, Məlikovun bu iddiasını belə cavablandırıb:
“Rail Məlikovun kimisə vurması barədə məlumatları biz yaymamışıq. Azarkeşlər bizdən müdafiəçinin niyə getməsini soruşublar. Mən də onlara dedim ki, Rail qəzaya uğrayıb, ailə vəziyyəti ilə əlaqədar ölkəsindəki klublardan birinə keçib. Bizə azarkeşləri sakitləşdirmək lazım deyil. Qalan hər şeyi görünür mətbuat özündən uydurur”.